Litvada itkin düşən dördüncü ABŞ əsgərinin cəsədi tapılıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, əsgərin meyiti hərbi helikopter, pilotsuz uçuş aparatları, tikinti texnikası və Estoniya hərbi polisinin itlərinin iştirak etdiyi altı günlük axtarış əməliyyatından sonra aşkarlanıb.
Estoniya Bataqlıqların Bərpası və Mühafizəsi Fondunun sədri Nerijus Zabletskis əsgərlərin batdığı bataqlığın coğrafi xəritələrdə qeyd olunmadığını bildirib.
“Etiraf etməliyik ki, dövlət qurumlarında hərəkət üçün təhlükəli olan bütün bataqlıq əraziləri göstərən etibarlı coğrafi xəritələr yoxdur. Amerika zirehli maşınının ilişib qaldığı bataqlıq xəritələrdə yox idi”, - deyə o bildirib.