Braziliya millisinin sabiq futbolçusu Dani Alveş həbsdə qaldığı 405 gün üçün pul təzminatı almaq hüququna malikdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Marca” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, ödəniş məbləği 20 min avro ola bilər.
Bu, İspaniya Ali Məhkəməsinin zorlama işi üzrə ilkin hökmü ləğv etməsindən sonra mümkün olub. Braziliyalı futbolçu qeyri-qanuni saxlanması üçün təzminat tələb edə bilər.
Bundan əlavə, Alveş müqavilənin vaxtından əvvəl ləğvi üçün “Pumas” komandasından 2 milyon avro almaq niyyətindədir. Məhkəmə ona bəraət verərsə, müqaviləyə xitam verilməsi əsassız sayılacaq.
Xatırladaq ki, 2024-cü ilin fevralında Alveş zorlamada ittiham olunaraq 4,5 il azadlıqdan məhrum edilmişdi. Onun vəkilləri qərardan şikayət vermişdi.
Ötən ilin martında idmançı 14 ay həbsdə qaldıqdan sonra 1 milyon avro girov müqabilində həbsdən azad edilib. Daha sonra ona bəraət verilib./qafqazinfo