• Bakı 13° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Ermənistanda sabiq Baş Qərargah rəisinə cinayət işi AÇILDI

DÜNYA

01 Aprel 2025 | 23:19

Ermənistanda sabiq Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, general-polkovnik Movses Akopyan Ermənistanın 9 il əvvəl Rusiyadan yararsız hərbi texnika almasına görə səhlənkarlıqda ittiham olunur.

    Qeyd olunur ki, Ermənistan ordusunun Raket Qoşunları və Artilleriya Baş İdarəsinin sabiq rəisi, general-mayor Armen Arutyunyana qarşı da ittiham irəli sürülüb.

    Müqavilə Akopyan tərəfindən imzalanıb və bunun nəticəsində isə 4,3 milyard dramdan çox avadanlıq alınıb.


    SON XƏBƏRLƏR

    02 Aprel 2025