Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qurucularından biri, Kocaeli Vilayət Məşvərət Şurasının üzvü və yaxın dostu olan Burhan Abişin dəfnində iştirak edib.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə lideri 47 illik dostunun tabutunu çiynində daşıyıb və onun ruhuna dualar oxuyub.
O, mərhumun ailəsinə başsağlığı verib:
“Burhan qardaş bənzərsiz bir insan idi. Siyasətdə ilk bələdiyyə başqanımız idi. Buralarda Ulaşlı Bələdiyyə Başçısı deyiləndə ağlıma Burhan qardaş gəlir və özünəməxsus üslubu ilə həmişə aydın, düz danışan bir insan idi”.
Qeyd edək ki, Burhan Abiş, dünən vəfat edib.