Ukraynanın ABŞ-la yeni genişləndirilmiş faydalı qazıntı sazişi layihəsində NATO-dan bəhs edilmir, lakin saziş Ukraynanın gələcəkdə Aİ-yə daxil olması ilə ziddiyyət təşkil etməməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə birgə keçirdiyi brifinqdə deyib.
Zelenski bildirib ki, hazırda Ukrayna və Amerika komandaları bu müqavilənin yeni layihəsi üzərində işləyirlər.