• Bakı -0° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Təhsil şöbəsinin vergiyə külli miqdarda borcu yaranıb

CƏMİYYƏT

01 Mart 2025 | 16:20

Təhsil şöbəsinin vergiyə külli miqdarda borcu yaranıb

 Naxçıvanda dövlət qurumlarının külli miqdarda vergi borclarının yaranması ilə bağlı bir neçə məlumat təqdim etmişdik. Bu qurumlar arasına daha biri əlavə olunub.

Bakıvaxtı.az musavat.com-a istiandən xəbər verir ki, Şərur Rayon Təhsil Şöbəsinin də vergiyə külli miqdarda borcu var.

Hazırda Təhsil Şöbəsinin vergiyə olan borcu 275 min manatdır.

Xatırladaq ki, dövlət qurumlarının vergiyə olan milyonlarla manat borcunun yaranma tarixi Vasif Talıbovun hakimiyyətdə olduğu dövrə təsadüf edir. Külli miqdarda vergi borcu olan qurumlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin idarələri, icra hakimiyyətinə tabe olan idarələr, təhsil və səhiyyə idarələri də yer alır.

Külli miqdarda vergi borcu olan özəl şirkətlər sırasında “Arkoz Holdinq” də yer alır. Əvvəllər Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq”in hələ də vergi borcları qalmaqdadır.(musavat)


SON XƏBƏRLƏR