• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Avtomobillərdən mümkün qədər istifadə etməyin - MÜRACİƏT

CƏMİYYƏT

01 Mart 2025 | 00:08

Avtomobillərdən mümkün qədər istifadə etməyin - MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsinin davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. 

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə deyilir: 

"DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklərin hələ də aradan qalxmadığını xatırladır, bununla yanaşı Respublika ərazisində davam edən qarlı hava şəraiti ilə əlaqədar bir daha sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!". 


SON XƏBƏRLƏR

28 Fevral 2025