• Bakı 15° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

"Bilet tapa bilmədiyim üçün Bakıya gəlmədim" - Allahşükür Paşazadə

CƏMİYYƏT

30 Mart 2025 | 15:40

Bilet tapa bilmədiyim üçün Bakıya gəlmədim - Allahşükür Paşazadə

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan məscidlərində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bayram namazında iştirak etməyib. Hətta onun səhhətində problem yarandığına dair məlumatlar da yayılıb.

Bakıvaxtı.az Unikal-a istinadla xəbər verir ki,  Allahşükür Paşazadə bildirib ki, onun səhhətində heç bir problem yoxdur:

"Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm.

Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər. Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb", - deyə o qeyd edib.

Şeyxülislam Türkiyəyə səfərinin səbəbini açıqlamaq istəməyib: "Bu, mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm".

 


SON XƏBƏRLƏR