Saatlı rayonunun Xalid Nəciyev küçəsinin sakinləri bir sıra problemlərdən əziyyət çəkirlər. Onların sözlərinə görə, ərazidə nə asfalt örtüyü, nə də kanalizasiya sistemi mövcuddur.
Bakıvaxtı.az Bizim media-ya istinadən xəbər verir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyən sakinlər problemlərin həll olunmadığını söyləyirlər:
"Öz cibimizdən pul verib kanalizasiyanı təmizlətdirməkdən bezmişik. Kimə müraciət etsək, deyirlər bizlik deyil".
Sakinlər, həmçinin sahibsiz itlərin onların sərbəst hərəkətinə mane olmasından narazıdırlar:
"Küçədə itlərin sayı çoxdur, evimizə girirlər. Uşaqlarımız məktəbə gedə bilmirlər".
Daha ətraflı Baku TV-nin videomaterialında: