Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti mühüm uğur qazanılıb.
Bakıvaxtı.az xəbər verir ki, Asiya Parlament Assambleyasının (APA) fevralın 17-21-də Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının (QAİ) qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə edilib.
Özündə 44 dövlətin parlamentini birləşdirən APA-nın Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqları gündəliyinin əsas məsələlərindən biri kimi qəbul olunmasının növbəti mötəbər təsdiqidir.
QAİ yekun sənəddə ifadə olunan sözügedən birmənalı dəstəyə görə Milli Məclis və APA-nın üzvü olan digər dövlətlərin parlamentlərinə təşəkkür edib.