• Bakı 12° C

    4.1 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Əlcəzair Prezidenti İlham Əliyevi təbrik etdi

SİYASƏT

31 Mart 2025 | 12:48

Əlcəzair Prezidenti İlham Əliyevi təbrik etdi

Əlcəzair Prezidenti Abdelmacid Tebbun İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, Əziz Qardaşım.

Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaşxalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu bayramı bizə və bütün İslam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə
yenidən nəsib etməsini diləyirəm.

Bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, İslam ümmətimizin rifah və sabitlik şəraitində tərəqqisinə töhfə vermək öhdəliyinə sadiqliyimizi bir daha ifadə etmək istəyirəm. Zati-aliləri, Əziz Qardaşım, ən yüksək ehtiramımı və ən xoş arzularımı
qəbul etməyinizi xahiş edirəm".


SON XƏBƏRLƏR

01 Aprel 2025