• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Aİ və Azərbaycan arasında yeni səhifə açılır? - Mühit, yanaşmalar dəyişilməsə...

SİYASƏT

30 Aprel 2025 | 09:39

Aİ və Azərbaycan arasında yeni səhifə açılır? - Mühit, yanaşmalar dəyişilməsə...

"Avropa İttifaqı və Azərbaycan arasında yeni səhifənin açılması ilə bağlı deyilənlər bir qədər şişirdilir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, hələ də Avropa Parlamentində Azərbaycana qarşı cəfəng bəyanatların qəbul olunduğu müşahidə edilir. Deputat bildirib ki, Avropa komissarlarının dilindən ölkəmiz əleyhinə çağırışlar səslənir.

Müsahibimiz hesab edir ki, ona görə də Aİ ilə Azərbaycan arasında yeni əməkdaşlıq səhifəsindən danışmağa tələsmək lazım deyil:

"Əgər Avropa İttifaqı məsələlərə rasional yanaşacaqsa, münasibətlər normallaşa bilər. Məsələn, Aİ anlamalıdır ki, onun Mərkəzi Asiya ilə münasibətləri Azərbaycandan vaz keçərək reallaşa bilməz. Avropa neft-qaz və yaşıl enerji təminatında Azərbaycandan fayda görmək istəyirsə, öz siyasətində korrektələr etməlidir”.

Rasim Musabəyov: Aİ anlamalıdır ki, onun Mərkəzi Asiya ilə münasibətləri Azərbaycandan vaz keçərək reallaşa bilməz

R.Musabəyov qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa dair uzunmüddətli çərçivə sənədi imzalamağa hazırlaşır. Yəni bununla bağlı müzakirələr gedir:

“Azərbaycan XİN-in açıqlamasına görə, bu sənədin 90 faizi razılaşdırılıb. Ancaq bu sənəd Avropa Parlamentindən keçməlidir. İndiki ab-havanı nəzərə alsaq, belə bir sənədin Aİ, yaxud Fransa parlamentindən keçəcəyini demək olarmı? Xeyr. Ona görə də biz bu sənədin tələsik qabağa aparılmasını istəmirik. Xarici işlər nazirimiz Ceyhun Bayramov Aİ nümayəndəsi Kaya Kallasla görüşdə demişdi ki, yeni reallıqlar həmin sənədə əlavə olunmalıdır. Bunun üçün də intensiv dialoq lazımdır”.

“Ümumiyyətlə, Avropa İttifaqında mühit, yanaşmalar dəyişilməlidir. Bu, olarsa münasibətlər irəliyə aparıla bilər", - deyə Rasim Musabəyov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Aprel 2025