• Bakı 28° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə: strateji tərəfdaşlığa doğru

SİYASƏT

29 May 2025 | 16:28

Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə: strateji tərəfdaşlığa doğru

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər ötən illər ərzində müxtəlif mərhələlərdən keçərək, zaman-zaman bu əlaqələrdə enişlər və yüksəlişlər müşahidə olunib.

Xüsusilə son dövrlərdə baş verən diplomatik təmaslar, ABŞ rəsmilərinin Azərbaycana ünvanladıqları mesajlar və yüksək səviyyəli görüşlər, iki ölkə arasında münasibətlərin yenidən fəallaşmaqda olduğunu göstərir. Bu kontekstdə, ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubionun Azərbaycan Prezidenti İlham Əliyevə göndərdikləri təbrik məktubları, eləcə də senator Stiv Deynsin Bakıya səfəri, qarşılıqlı etimada əsaslanan yeni bir əməkdaşlıq mərhələsinin təməlini qoyur. Hazırkı geosiyasi şəraitdə Azərbaycan-ABŞ əlaqələrinin strateji əhəmiyyəti daha da artmaqda və hər iki tərəf bu münasibətlərin inkişafında maraqlı olduqlarını nümayiş etdirməkdədirlər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Bəhruz Məhərrəmov bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubionun Azərbaycan Prezidentinə Müstəqillik Günü münasibətilə təbrik məktublarının ardınca dövlətimizin başçısının ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul etməsi ölkələrimiz arasında demokratlar hakimiyyəti dövründə minimuma enmiş münasibətlərin tədricən normallaşmasından xəbər verir:

"Xüsusən senatorun Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin böyük perspektivlərindən danışması, o cümlədən Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri vurğulaması Vaşinqtonun ötən dövr ərzində itirilmiş zamanı bərpa etmək niyyətindən xəbər verir. Sirr deyil ki, Azərbaycan Respublikası hər zaman bütün dünya dövlətləri ilə, o cümlədən ABŞ ilə mehriban və dinc münasibətlərin tərəfdarı olmuş və bu istiqamətdə çoxşaxəli xarici siyasət kursuna əsaslanan və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə söykənən əlaqələrin qurulması və möhkəmləndirilməsində maraqlı olub".

Müsahibimiz xatırladıb ki, Bayden administrasiyası dövründə Azərbaycanın çoxsaylı cəhdlərinə baxmayaraq ötən dövr ərzində ölkələrimiz arasında qlobal təhlükəsizlik, enerji siyasəti, mədəni, humanitar istiqamətləri əhatələyən çoxşaxəli münasibətlər Soros maraqlarına qurban verilib, hətta Dövlət Departamenti özü belə anti-Azərbaycan kampansiyasının ruporuna çevrilib. Bayden-Blinken tandemindən fərqli olaraq Donald Tramp çox yaxşı başa düşür ki, Cənubi Qafqazda Vaşinqtonun sağlam maraqlarının təmini məğlub Ermənistanla əməkdaşlıqdan yox, birmənalı şəkildə qalib Azərbaycanla bərabər hüquqlu tərəfdaşlıqdan keçir. Xüsusən nəzərə alsaq ki, 2020-ci ilə qədərki dövrdə qət edilən məsafədə formalaşmış müsbət təcrübə Bakı ilə Vaşinqtona münasibətlərini daha da inkişaf etdirmək üçün önəmli bazis rolunu oynaya bilir.

Bəhruz Məhərrəmov: Azərbaycan digər dövlətlərəlaqələrin qurulması və möhkəmləndirilməsində maraqlı olub

Deputat əlavə edib ki, Azərbaycanın Amerikaya Əfqanıstanda verdiyi müstəsna dəstək və hərbçilərimizin Kabildən sonuncu çıxan kontingent olması məsələsinə ABŞ hakimiyyətinin yenidən dönə-dönə vurğu etməsi Birləşmiş Ştatların qoşunları Əfqanıstandan çıxdıqdan sonra bu məsələni görməzdən gələn Bayden hakimiyyətinin buraxdığı yolverilməz və beynəlxalq etikaya sığmayan səhvlərin nəticələrini aradan qaldırmaq baxımından önəmli rol oynamaqdadır:

"Xüsusən nəzərə alsaq ki, senator Deynsin qəbulu zamanı da dövlət başçımızın ifadə etdiyi kimi, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu və region ölkələri ilə siyasi əlaqələri nəticəsində Avrasiya regionunun əsas logistika mərkəzlərindən birinə çevrilməsi, habelə Orta Dəhlizin inkişafında oynadığı mühüm rol ölkəmizi Vaşinqton üçün vazkeçilməz tərəfdaşa çevirir. Bu mənada, istər dövlət başçımızın keçirdiyi qəbul, istərsə də ABŞ Prezidenti və Dövlət katibinin təbrik məktublarında ifadə etdikləri iradə Bakı-Vaşinqton münasibətlərində hər iki ölkənin maraqlarının təmin olunduğu, yeni üfüqlərin açıldığını xəbər verir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

29 May 2025