• Bakı 23° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

XİN-dən İranın Ermənistandakı səfirinin əsassız iddialarına CAVAB

SİYASƏT

27 Iyun 2025 | 20:25

XİN-dən İranın Ermənistandakı səfirinin əsassız iddialarına CAVAB

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi əsassız və təxribat xarakterli iddialarını qətiyyətlə rədd edirik.

Bakıaxtı.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Azərbaycan ərazisindən guya İrana qarşı istifadə edilməsi ilə bağlı əsassız iddialarına dair şərhində yer alıb.

"Bu iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir.

Azərbaycan Prezidentinin İran Pezidenti ilə bu yaxınlarda telefon danışığı zamanı, eləcə də xarici işlər nazirinin həmkarı ilə telefon danışığı zamanı müvafiq qaydada izah etdiyi mövqe fonunda İran səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk”, - A.Hacızadə vurğulayıb.

“Azərbaycan Respublikası onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur.

İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısını almasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik”, - Azərbaycanın XİN rəsmisi vurğulayıb.


SON XƏBƏRLƏR

27 Iyun 2025