• Bakı 24° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub

SİYASƏT

27 Iyun 2025 | 13:49

ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub

ABŞ, Çin, Avstraliya və İran əsilli bir neçə ailə İrandan Azərbaycan vasitəsilə təxliyə olunub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq "Astara" Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən vətəndaşların keçidi təmin olunur.

Buraxılış məntəqəsindən kənarda xüsusi ofislər yaradılıb. Burada ayrı-ayrı ölkələrin diplomatik nümayəndəliyin təmsilçiləri vətəndaşlarını qəbul edir. Təxliyə olunan hər bir şəxs Azərbaycan tərəfində gördükləri xoş münasibət və rahat, təhlükəsiz keçidə görə minnətdarlıq edirlər.

Uzun yol qət etdikdən və bir neçə saat İran tərəfinin gömrük postunda gözləməli olan xarici vətəndaşlara zərurət yarandığı halda tibbi yardım xidməti göstərilir.


SON XƏBƏRLƏR