• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalına çəkdiyi xərci təxminən 50 % artırıb

SİYASƏT

31 Mart 2025 | 14:19 | Müəllif: Əli Hüseynov

Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalına çəkdiyi xərci təxminən 50 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 1,796 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.

Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49,9 % çoxdur.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 586 min ABŞ dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16,4 % azdır.

İki ayda Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,4 % azalaraq 0,876 milyard ABŞ dollarına, fevralda isə 7,4 % azalaraq 419 milyon ABŞ dollarına enib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026