• Bakı 22° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Rusiyada general ordudan QOVULDU

DÜNYA

01 Mart 2025 | 10:25

Rusiyada general ordudan QOVULDU

Dələduzluqda təqsirləndirilən 58-ci Ordunun keçmiş komandiri, general-mayor İvan Popov Rusiya Silahlı Qüvvələrinin (SQ) sıralarından xaric edilib və hərbi hissələrin siyahısından çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Popov deyib ki, o, bu barədə “tamamilə təsadüfən” xəbər tutub.

General-mayorun sözlərinə görə, ona Rusiya Silahlı Qüvvələrindən qovulması barədə rəsmi məlumat verilməyib.

Bundan əvvəl Tambov qarnizonu hərbi məhkəməsi Popovu yenidən istintaq təcridxanasına göndərib. Qərar hərbi prokurorluğun təqdimatı əsasında qapalı iclasda qəbul edilib.

Popov ötən ilin mayında xüsusilə külli miqdarda dələduzluq və vəzifə saxtakarlığı ittihamı ilə saxlanılıb. İstintaqın məlumatına görə, o, Zaporojye ərazisini qorumaq üçün nəzərdə tutulmuş 114 milyon rubldan çox dəyərində metal konstruksiyaların oğurlanmasında iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026