Ötən həftəsonu Ukraynadakı münaqişənin həlli prosesində “böyük irəliləyiş” əldə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Bundan əvvəl Vaşinqton administrasiyasının rəhbəri təfərrüatları açıqlamadan Ukrayna üzrə danışıqlarda “əhəmiyyətli irəliləyiş”dən danışmışdı.
“Yaxşı həftəsonu keçirdik. Çox maraqlı hadisələr baş verdi və düşünürəm ki, Ukrayna və Rusiya ilə bağlı çox irəliləyiş əldə etdik”, - o deyib.
Tramp vurğulayıb ki, münaqişələr hər zaman olur, sadəcə, o və komandası onlara son qoymaqda əhəmiyyətli irəliləyiş əldə edirlər “Bu, addım-addım baş verir. Liderlər arasında böyük nifrət var, amma düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik” – o fikrini yekunlaşdırıb.