• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

“Rusiyalı generalı biz öldürmüşük” - Ukrayna ETİRAF ETDİ

DÜNYA

30 Aprel 2025 | 09:38

“Rusiyalı generalı biz öldürmüşük” - Ukrayna ETİRAF ETDİ

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin ölümü ilə nəticələnən partlayışı Ukrayna xüsusi xidmət orqanları təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Ukrainskaya pravda”ya müsahibəsində Ukrayna Ali Radasının Milli Təhlükəsizlik üzrə parlament komitəsinin katibi Roman Kostenko deyib.

“Mən təsdiqləyirəm. Bu, bizim xüsusi xidmət orqanlarının düzgün işidir. Məncə, hamı başa düşməlidir. Müharibə yaxın gələcəkdə bitsə belə, xüsusi xidmət orqanlarının fəaliyyəti hələ yeni başlayacaq”, - deyə Kostenko vurğulayıb.

O, həmçinin qeyd edib ki, ləğvetmə əməliyyatları Ukraynada dinc əhaliyə atəş açan, Ukraynanın dinc şəhərlərinə raketlər atan və ya müvafiq qərarlar qəbul edib əmr verənlərin hamısına aid olacaq.

Xatırladaq ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik həlak olub.

Rusiya Federal Təhlükəsizlik Xidməti şübhəli bilinən İqnat Kuzin adlı şəxsin Türkiyədə saxlanıldığını açıqlayıb.


SON XƏBƏRLƏR

29 Aprel 2025