• Bakı 19° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ-dan İstanbul görüşü ilə bağlı AÇIQLAMA

DÜNYA

29 May 2025 | 22:19 | Müəllif: Subhan Mahmudov

ABŞ-dan İstanbul görüşü ilə bağlı AÇIQLAMA

ABŞ administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

"Biz ümid edirik ki, Rusiya və Ukrayna gələn həftə İstanbulda birbaşa danışıqlara başlayacaq. Biz bu görüşün baş tutacağına inanırıq. Bu, prezidentin (ABŞ Prezidenti Donald Trampın) təşviq etdiyi və bu iki tərəfi görüşməyə və birbaşa danışıqlara çağırdığı görüşdür", - o qeyd edib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri arasında növbəti İstanbul görüşü iyunun 2-də baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026