• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Tbilisidə məşhur bazarda GÜCLÜ YANĞIN SÖNDÜRÜLÜB - VİDEO

DÜNYA

30 Aprel 2025 | 09:47

Tbilisidə məşhur bazarda GÜCLÜ YANĞIN SÖNDÜRÜLÜB - VİDEO

Tbilisidə vağzal bazarı ərazisində baş verən güclü yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Yanğın səhər saatlarında başlayıb - mağazaları, meyvə, tərəvəz və geyim anbarlarını əhatə edib.

Bildirilib ki, xəsarət alanlar yoxdur. Yanğının səbəbləri hələ ki, məlum deyil.

***

08:45

Tbilisidə bazarda güclü yanğın baş verib.

Bakıvaxtı.az bu barədə "Sputnik Gürcüstan"a istinadla xəbər verir.

Məlumata görə, yanğın metronun "Vağzal meydan" stansiyası yaxınlığındakı bazarda qeydə alınəb. Hadisə yerinə ona yaxın yanğınsöndürmə briqadası səfərbər olunub.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın səhər saat 6 radələrində ikinci mərtəbədəki ayaqqabı mağazasında baş verib.

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, hadisə yerində xilasedicilər işləyir.

Yanğının nədən baş verdiyi hələlik məlum deyil. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Murad Məmmədli

 

 

 

 

 


SON XƏBƏRLƏR

29 Aprel 2025