Ağ Evin yaxınlığında 200 il əvvəl əkilmiş maqnoliya ağacı təhlükəli vəziyyətdə olduğu üçün kəsiləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərarı ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Hər şeyin sonu olmalıdır və bu ağac dəhşətli vəziyyətdədir, təhlükəsizliyə çox ciddi təhdiddir, xüsusən də Ağ Evin girişində, onu çıxarmaq lazımdır. Bu proses gələn həftə baş verəcək və onun yerinə başqa, çox gözəl ağac əkiləcək”, - o, qərarını əsaslandırıb.
Qeyd edək ki, bu ağac təxminən 200 il əvvəl ABŞ-nin yeddinci prezidenti Endryu Cekson tərəfindən əkilib. Tramp qeyd edib ki, ağac Ağ Ev əməkdaşları tərəfindən qorunacaq və “digər yüksək və nəcib məqsədlər üçün” istifadə olunacaq.