• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Bakının bu qəsəbəsində 2 aydır evləri su basır - VİDEO

CƏMİYYƏT

01 Mart 2025 | 10:18

Bakının bu qəsəbəsində 2 aydır evləri su basır - VİDEO

Bakının Xəzər rayonu, Ramana qəsəbəsi ərazisində küçələrə, həyətlərə, hətta evlərin zirzəmilərinə su dolub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Xəzər TV” süjet hazırlayıb.

Sakinlər bildirib ki, bu vəziyyət artıq 2 aydır davam edir. Onlar məsələ ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət etdiklərini bildirib: “Evimizi iki aydır su basıb, qohumumgildə qalıram. Uşaqlarım xəstədir, ancaq bu məsələyə baxan yoxdur. Bizə deyirlər ki, gözləyin, düzəldəcəyik. Ancaq nə qədər gözləmək olar?!”

Vətəndaşların şikayəti ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ünvanda xidmətin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil: “Təchizat sistemi olmayan ərazilərdə təchizatın qurulması üçün layihə sənədləri hazırlanıb. Bundan başqa, müvafiq rayon sukanal idarəsinin əməkdaşları əraziyə cəlb edilir, istismar qaydalarının mümkün şərtləri çərçivəsində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi icra edilir”.

Xəzər Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, ötən dövr ərzində aidiyyəti qurumlar tərəfindən lokal xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli ilkin mərhələdə magistral kanalizasiya kollektorunun, növbəti mərhələdə isə toplayıcı şəbəkənin inşası ilə mümkündür: “Tikinti-quraşdırma işlərinin dövlət investisiya proqramı çərçivəsində mərhələli icrası nəzərdə tutulub”.

Daha ətraflı videomaterialda:

 


SON XƏBƏRLƏR

28 Fevral 2025