HƏMAS Ramazan ayının gəlişi ilə əlaqədar Fələstinliləri işğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsaya tez-tez gedib orada qalmağa çağırıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, işğal altındakı İordan çayının Qərb Sahili və Qüdsdə yaşayan Fələstinlilərin Məscidül-Əqsada sıx toplaşmasının vacibliyi vurğulanıb və ibadət məqsədilə məsciddə qalmağa təşviq edilib.
Bundan əlavə, bütün dünyada yaşayan Fələstinlilər Qüds, Qərb Sahili və Qəzzədəki həmvətənləri ilə həmrəy olmaq üçün fəaliyyətlərini genişləndirməyə çağırılıb.
İsrail mediası isə Ramazan ayında Məscidül-Əqsada namaz qılanların sayının minlərlə insanla məhdudlaşdırılması barədə tövsiyə qərarının qəbul edildiyini bildirib.
Nuriyyə Musayeva