Myanmada cümə günü baş verən 7,7 bal gücündə zəlzələdən təxminən 60 saat sonra daha 4 nəfər dağıntılar altından çıxarılıb.
Bakıvaxtı.az bu barədə BBC-yə istinadən xəbər verir.
Onlar Myanmanın şimalındakı Saqainq bölgəsində dağılmış məktəb binasından xilas ediliblər.
Eyni binanın dağıntılar altından daha bir nəfərin cəsədinin çıxarıldığı bildirilir.
Axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, zəlzələ nəticəsində ən azı 1700 nəfərin öldüyü bildirilir.