Böyük Britaniya Donald Trampın ABŞ prezidenti vəzifəsinə yenidən seçilməsindən sonra ilk dəfə amerikalıların Yəmənə endirdiyi zərbələrə qoşulub.
Bakıvaxtı.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Britaniya telekanalı Sky News məlumat yayıb.
Krallığın Hərbi Hava Qüvvələri çərşənbə axşamı "Ənsar Allah" üsyançı hərəkatından olan husilər tərəfindən nəzarət edilən paytaxt Sənanın ətrafındakı hədəflərə hücum edib.
"Krallıq Hərbi Hava Qüvvələrinin qırıcıları Yəməndəki husi hərbi obyektinə uğurla zərbələr endiriblər. Biz bu zərbələri husilər potensialını zəiflətmək və Britaniya və beynəlxalq gəmilərə (Qırmızı dəniz və Ədən körfəzində) qarşı növbəti hücumların qarşısını almaq üçün ABŞ-ın dəstəyi ilə endirdik", - deyə Britaniya müdafiə naziri Con Hili bildirib.
Onun bəyanatı nazirliyin X-dəki rəsmi səhifəsində dərc edilib.
Hilinin sözlərinə görə, hərəkatın fəaliyyəti Qırmızı dənizdə daşımaların 55% azalmasına və milyardlarla ziyana səbəb olub.