• Bakı 13° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Myanmada zəlzələ qurbanlarının sayı AÇIQLANDI

DÜNYA

30 Aprel 2025 | 11:32

Myanmada zəlzələ qurbanlarının sayı AÇIQLANDI

Myanmada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3,8 min nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Global New Light of Myanmar qəzeti məlumat verib.

Məlumata görə, 5,1 min nəfər xəsarət alıb, 100-dən çox insan itkin düşmüş hesab olunur.

Myanma yanğınsöndürmə xidmətinin dəstələri yerli və beynəlxalq xilasetmə təşkilatları ilə birlikdə təbii fəlakətdən zərər çəkmiş ərazilərdə insanların axtarışı əməliyyatlarını həyata keçirirlər.

Ölkə ərazisində 28 mart tarixində 8,2 maqnitudalı zəlzələ baş verib. Bunun ardınca 6,4 maqnitudalı təkrar zəlzələ olub.


SON XƏBƏRLƏR