• Bakı 13° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Terror aktı ilə bağlı cinayət işi yayda məhkəməyə veriləcək

DÜNYA

30 Aprel 2025 | 12:19

Terror aktı ilə bağlı cinayət işi yayda məhkəməyə veriləcək

"Krokus Siti Holl” konsert zalında baş vermiş terror aktı ilə bağlı cinayət işi yayın əvvəlində məhkəməyə verilə bilər.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə təqsirləndirilənlərdən birinin vəkili Oleq Vlasov bildirib.

Müdafiəçinin sözlərinə görə, təqsirləndirilən şəxslər materiallarla tanışlığı may ayında başa çatdırmalıdırlar. Belə getsə, yayın əvvəlində iş baxılması üçün məhkəməyə veriləcək.

Qeyd edək ki, Moskva yaxınlığındakı ticarət mərkəzində terror aktı 2024-cü il martın 22-də axşam baş verib. Bir qrup silahlı terrorçu konsert salonuna daxil olaraq ziyarətçilərə atəş açıb. Sonda binanı yandırıb, içəridəki insanları tələyə salıblar.

Mina Mikayılova


SON XƏBƏRLƏR