Amerikalı milyarder, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Amerika Siyasi Cəmiyyətinin (America PAC) üzvlərinin görüşünə kəsilmiş pendir parçasına bənzəyən papaqla gedib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir zamanı lentə alınan görüntülər sahibkarın “X” sosial şəbəkəsindəki hesabında yer alıb.
Görüş Viskonsin ştatında baş tutub. Kadrlarda Maskın səhnəyə qaçdığı, baş geyimini əlləri ilə tutduğu görünür.
“Gəldiyiniz üçün təşəkkür edirəm, papağımı necə, bəyənirsiniz?” – deyə tədbirin əvvəlində biznesmen soruşub. Daha sonra o, baş geyimini çıxarıb, üzərinə imza atdıqdan sonra camaatın üstünə atıb.