Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini müzakirə etməyə hazırdır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.
“İndi qarşıdakı illərdə təhlükəsizliyimizi təmin etmək üçün tərəfdaşlarla əməkdaşlığı gücləndirməyin vaxtıdır”, - o deyib.
Nazir xatırladıb ki, Britaniya artıq Aİ-nin üzvü deyil.
“Biz hərbi potensialın koordinasiyasını artırmaq, o cümlədən müdafiəyə özəl investisiyaları stimullaşdırmaq üçün avropalı tərəfdaşlar və NATO ilə işləyirik”, - Lemmi vurğulayıb.
“Biz Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair danışıqlar aparmağa hazırıq”, - XİN rəhbəri bildirib. Onun sözlərinə görə, Avropanın təhlükəsizliyi bölünməzdir.