• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Renat Dadaşov: "Debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm"

İDMAN

01 Mart 2025 | 09:21

Renat Dadaşov: Debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm

Bu möhtəşəm klubda debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm.

Bakıavxtı.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.

Polşanın "Radomyak" klubunda çıxış edən 25 yaşlı hücumçu ölkə çempionatının XXIII turunda “Vidzev”lə heç-heçə etdikləri (1:1) qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Üç xal qazanmaq istəyirdik. Amma çalışmağa davam edəcəyik və diqqətimizi növbəti oyuna yönəldəcəyik".

Qeyd edək ki, görüşün 80-ci dəqiqəsində meydana daxil olan Renat Dadaşov 90-cı dəqiqədə komandasını məğlubiyyətdən xilas edib. "Radomyak" fevralın 24-də forvardı heyətinə qatdığını açıqlamışdı.


SON XƏBƏRLƏR

28 Fevral 2025