Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq.
Bakıvaxtı.az xəbər verir ki, final oyununda "Gəncə" və NTD komandaları üz-üzə gələcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən mövsüm titula "Neftçi" sahib çıxıb.