Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq "Şəki" "Sabah"ı qəbul edəcək.
Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. İlk görüşdə paytaxt təmsilçisi 86:73 hesabı ilə qalib gəlib.
İkinci matçda "Neftçi" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:00-da başlayacaq. İlk qarşılaşma ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.