“Zirə” yeni futbolçu ilə anlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, "qartallar" Brahim Konateni heyətinə qatıb. Fransalı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Oser”, “Nor”, İspaniyanın “Fuenlabrada”, “Rayo Mayadahonda”, Litvanın “Kauno Jalgris” və İsrailin “Hapoel”(Afula) klublarında çıxış edib. Konate son olaraq ölkəmizdə “Şamaxı”da çıxış edib.