• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan basketbol millisinin sabiq üzvü vəfat edib

İDMAN

27 Iyun 2025 | 12:57 | Müəllif: Əli Hüseynov

Azərbaycan basketbol millisinin sabiq üzvü vəfat edib

Azərbaycan basketbolu ağır itki ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, uzun illər Rusiyanın Stavropol şəhərində yaşayan, milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov vəfat edib.

O, 62 yaşında, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

V.Hacımətov 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alıb. O, SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış edib. Daha sonra Rusiya çempionatında "Dinamo" (Stavropol) klubunun uğurları üçün mübarizə aparıb.

Peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026