• Bakı 30° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

"Neftçi" Yunanıstan klubu ilə qarşılaşacaq

İDMAN

26 Iyul 2025 | 22:28

Neftçi Yunanıstan klubu ilə qarşılaşacaq

“Neftçi” iyulun 27-də Polşa təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama matçını keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Neftçi” Yunanıstanın “Asteras Tripolis” klubu ilə qarşılaşacaq. Artıq görüşün başlama saatı da müəyyənləşib.

Matç Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək. Oyun Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.

Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2025