• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Premyer Liqa: "Zirə" Qəbələdən 3 xalla dönür

İDMAN

25 Avqust 2025 | 21:33 | Müəllif: Gülşən Şərif

Premyer Liqa: "Zirə" Qəbələdən 3 xalla dönür

Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun sonuncu oyunu "Qəbələ" və "Zirə" komandaları arasında keçirilib.

Qəbələ şəhər stadionunda təşkil olunan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada hesabı 18-ci dəqiqədə "qırmızı-qaralar"ın oyunçusu Nicat Əliyev açıb.

"Qartallar"ın heyətində Ceyhun Nuriyev 31-ci dəqiqədə hesabı bərabərləşdirib, 45+1-də isə komandasını hesabda önə keçirib.

Bununla da xallarının sayını 4-ə çatdıran "Zirə" 4-cü sırada yüksəlib. "Qəbələ" 1 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti turun oyunları 29, 30 və 31 avqust tarixlərində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026