• Bakı 26° C

    9.64 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Klublararası DÇ: “Real” pley-offda

İDMAN

27 Iyun 2025 | 09:17

Klublararası DÇ: “Real” pley-offda

“Real Madrid” Avstriyanın “Zaltsburq” komandasını klublararası dünya çempionatının qrup mərhələsinin üçüncü turunda darmadağın edib.

Bakıvaxtı.az xəbər verir ki, turnir ABŞ-də keçirilir.

H qrupunun matçı Filadelfiyada keçirilib və 3:0 hesabı ilə başa çatıb. Vinisius, Federiko Valverde və Qonsalo Qarsiya avstriyalıların qapısına qollar vurublar.

“Real” yeddi xal toplayaraq 1/8 finala birinci yerdən çıxıb. Pley-offun ilk mərhələsində Xabi Alonsonun komandası “Yuventus”a qarşı oynayacaq.

“Zaltsburq” dörd xalla üçüncü yerə geriləyib, Meksikanın “Paçuka” komandasını 2:0 hesabı ilə məğlub etmiş Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasını önə buraxıb.

“Əl-Hilal” qrupdan ikinci mövqedə çıxıb və 1/8 finalda “Mançester Siti” ilə qarşılaşacaq. Səudiyyəlilər pley-offa çıxan yeganə Asiya komandası olublar. “Zaltsburq” üçün turnir başa çatıb.


SON XƏBƏRLƏR

26 Iyun 2025