• Bakı 24° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

"Sabah" Qvadelupa yığmasının futbolçusunu transfer edib

İDMAN

27 Iyun 2025 | 14:45

Sabah Qvadelupa yığmasının futbolçusunu transfer edib

“Sabah” heyətini Qvadelupa yığmasının futbolçusu Stiv Solvetlə gücləndirib.

Bu barədə Bakıvaxtı.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

"Bayquşlar" onunla 2 illik müqavilə bağlayıb.

O, karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Stiv Solvet millidə 13 oyunda 2 qola imza atıb.


SON XƏBƏRLƏR