Bu gün Polşanın Vrotslav şəhərində baş tutacaq UEFA Konfrans Liqasının həlledici matçında üz-üzə gələcək İngiltərənin "Çelsi" və İspaniyanın "Betis" klublarının azarkeşləri arasında dava düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vrotslav polisinin mətbuat xidməti məlumat yayıb.
Şəhərin mərkəzi meydanına toplaşan çox sayda azarekşlərdən bəziləri restoran stullarını, stollarını və şüşə qablarını atmağa, həmçinin məşəl yandırmağa başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisəyə səbəb olmaqda günahlandırılan bir neçə azarkeş həbs edilib.
Qeyd edək ki, Konfrans Liqasının final matçı Vrotslav şəhər stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.