• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

“Liverpul” London klubunun müdafiəçisini transfer etməyə yaxındır

İDMAN

26 Iyun 2025 | 22:00

“Liverpul” London klubunun müdafiəçisini transfer etməyə yaxındır

“Liverpul” Londonun “Kristal Pelas” klubunun müdafiəçisi Mark Gehini transfer etməyə yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinə yaxın “DaveOCKOP” məlumat yayıb.

“Liverpul” Mark Gehi ilə razılıq əldə etməyə yaxındır”, – nəşr bildirib. Qeyd olunub ki, İngiltərə millisinin üzvünün London klubu ilə müqaviləsinin müddəti gələn il başa çatır. Futbolçu müqavilənin müddətini uzatmaq niyyətində deyil.

Nəşr xatırladıb ki, tərəflər hələ martda təmasda olublar, Carell Kuansanın “Bayer 04”ə keçidi fonunda isə “qırmızılar” danışıqları sürətləndirməyə hazırdırlar.

Mərkəz müdafiəçinin müqaviləsi bir il müddətinə başa çatdığı üçün “Liverpul” onu daha az məbləğə – təxminən 40-45 milyon funt sterlinqə əldə edəcəyinə əmindir.

Xatırladaq ki, daha əvvəl bu gün “Liverpul” Milos Kerkezi transfer etdiyini açıqlamışdı.


SON XƏBƏRLƏR

26 Iyun 2025