Azərbaycan Şahmat Federasiyası (AŞF) Türkiyə Şahmat Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, tədbirdə AŞF-nin prezidenti Mahir Məmmədov, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç iştirak ediblər.
Anlaşmaya əsasən, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçiriləcək.
Milli komandaların birgə hazırlıqlarda iştirakı, hakimlərin təlim-məşq toplanışları və s. nəzərdə tutulur.