Dağıstanda turistlərin olduğu qayıq qayalara çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Sulak Kanyonunda baş verib. Qayalıqlara çırpılan qayıq çevrilib, nəticədə sərnişinlər suya düşüb. Turistlərdən birinin həyatını xilas etmək mümkün olmayıb, 3 nəfər isə yaralanıb.
Qayıqda ümumilikdə səkkiz turist olub.