• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa İttifaqından Suriya ilə bağlı MÜHÜM QƏRAR

DÜNYA

28 May 2025 | 15:42 | Müəllif: Əli Hüseynov

Avropa İttifaqından Suriya ilə bağlı MÜHÜM QƏRAR

Avropa İttifaqı Suriyaya qarşı bütün iqtisadi sanksiyaların götürüldüyünü elan edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Avropa İttifaqı Şurası yayıb.

Bildirilir ki, sanksiyaların ləğvi ilə yanaşı, Suriyanın 24 strukturu, o cümlədən Mərkəzi Bankı qara siyahıdan çıxarılıb.

Aİ Şurasının bəyanatında qeyd olunur ki, təhlükəsizlik mülahizələrinə əsaslananlar (antiterror tədbirləri nəzərdə tutulur – red.) istisna olmaqla, Suriyaya qarşı bütün iqtisadi məhdudlaşdırıcı tədbirlərin ləğvinə dair hüquqi sənədlər qəbul edib.

Suriya Mərkəzi Bankı ilə yanaşı, neft hasilatı və pambıq emalı sektorunda çalışan şirkətlər də daxil olmaqla 24 şirkət qara siyahıdan çıxarılıb.

Sənəddə qeyd olunur ki, bu addım Aİ xarici işlər nazirlərinin 20 may tarixli Aİ-nin Suriyaya qarşı sanksiyalarının ləğvinin məqsədəuyğunluğu ilə bağlı siyasi qərarının icrası olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026