• Bakı 23° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Restoranda işləyən 22 yaşlı Gülzarın öldürülmə anı ortaya çıxdı 

DÜNYA

27 Iyun 2025 | 13:07

Restoranda işləyən 22 yaşlı Gülzarın öldürülmə anı ortaya çıxdı 

Türkiyənin Şırnak vilayətində iş yoldaşı tərəfindən bıçaqlanan Gülzar Yıldızın son anları kameraya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisəŞırnakın Silopi rayonunda baş verib. 

Restoranda işləyən 29 yaşlı Gülzar Yıldız iş yoldaşı Remzi Kayaalp tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə anı və gənc qadının xəstəxanaya aparıldığı görüntülər təhlükəsizlik kameraları tərəfindənlentə alınıb.

İyunun 22-də baş verən hadisədə Remzi Kayaalp restoranın mətbəx hissəsində Gülzara qəfil hücum edib. Ağır yaralanan Yıldız dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Yeni yayılan görüntülərdə hadisənin ardından yaranan panika, müştərilərin və işçilərin yardıma qaçdığı, Gülzarın avtomobillə təcili xəstəxanaya aparıldığı anlar əks olunub.

Qətli törədən Remzi Kayaalp saxlanılaraq həbs edilib. Gülizar Yıldızın cənazəsi doğulduğu Şehitharunboy Məhəlləsində torpağa tapşırılıb.

Hadisə ilə bağlı istintaq davam edir.


SON XƏBƏRLƏR