• Bakı 25° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Minskdə MDB liderlərinin məhdud tərkibdə görüşü başlayıb

DÜNYA

27 Iyun 2025 | 12:43

Minskdə MDB liderlərinin məhdud tərkibdə görüşü başlayıb

Minsk şəhərindəki Müstəqillik Sarayında Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası başlayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan görüşə videobağlantı vasitəsilə qatılıb.

Məhdud tərkibdə iclasdan sonra geniş tərkibdə görüşün keçirilməsi gözlənilir. Görüşdə müşahidəçi dövlətlər olan Kuba və Özbəkistanın, eləcə də qonaq ölkələrin - Monqolustan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndələri də iştirak edəcəklər.


SON XƏBƏRLƏR