• Bakı 29° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Yunanıstanda dəhşətli yanğınlar: Ölkə AB-dən kömək istədi

DÜNYA

27 Iyul 2025 | 11:31

Yunanıstanda dəhşətli yanğınlar: Ölkə AB-dən kömək istədi

Yunanıstan ərazisində 5 böyük meşə yanğınları baş verib, hakimiyyət orqanları paytaxt Afinanın 30 km-də yerləşən regiondakı əhalini təxliyə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “BBC Nyus” məlumat yayıb.

Fövqəladə vəziyyət isti dalğası şəraitində davam edir, bazar günü temperaturun 44 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Yunanıstan 6 əlavə yanğınsöndürmə təyyarəsi üçün AB-nin Mülki Müdafiə Mexanizmindən rəsmi şəkildə yardım istəyib.

Paytaxt Afinanın yerləşdiyi bölgə olan Attikada şənbə günü başlayan yanğın sürətlə Drozopigi, Kryoneri və Agios Stefanos ərazilərinə yayılaraq sakinləri qaçmağa məcbur edib.

Ərazidə hələ də 200-dən çox yanğınsöndürən işləyir, onlara su bombaları atan vertolyotlar və təyyarələr dəstək verir. Rəsmilərin sözlərinə görə, Evia adasında Pissona yaxınlığında ikinci yanğının nəzarətdən çıxdığını və sürətlə Afratiyə yayıldığını bildiriblər.

Güclü yanğınlar səbəbindən ölkənin bir neçə ərazisində elektrik enerjisi kəsilib.


SON XƏBƏRLƏR

26 Iyul 2025