• Bakı 28° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Alimlər ilk dəfə donuzun ağciyərini insan bədəninə köçürüblər

DÜNYA

26 Avqust 2025 | 09:25

Alimlər ilk dəfə donuzun ağciyərini insan bədəninə köçürüblər

Çinli alimlər ilk dəfə donuz ağciyərini insan bədəninə köçürməyi bacarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Nature Medicine" jurnalında elmi məqalə dərc olunub.

"Daha əvvəl genetik modifikasiya olunmuş donuz ağciyəri insanlara transplantasiya edilməmişdi. Biz altı redaktə edilmiş geni olan donuzdan ağciyərin 39 yaşlı kişi resipientə transplantasiya edildiyi ksenotransplantasiya hadisəsi barədə məlumat veririk", - nəşrdə deyilir.

Dəqiqləşdirilir ki, ağciyər transplantasiyasından əvvəl kişinin beyni qansızma nəticəsində fəaliyyətini dayandırmışdı.

Qeyd olunur ki, ağciyər ksenotransplantasiyası müşahidə dövrünün 216 saatı ərzində həyat qabiliyyətini və funksionallığını qoruyub saxlayıb, orqanın kəskin rədd edilməsi və ya infeksiya qeydə alınmayıb.


SON XƏBƏRLƏR

25 Avqust 2025