• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Krımda Rusiyanın logistikasını məhv edirik - Zelenski

DÜNYA

24 Sentyabr 2025 | 23:52 | Müəllif: Subhan Mahmudov

Krımda Rusiyanın logistikasını məhv edirik - Zelenski

Ukraynanın uzaqmənzilli dronları müvəqqəti işğal olunmuş Krımda rus işğalçılarına dəqiq zərbələr endirir və logistikanı məhv edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Nyu Yorkda keçirilən Krım platformasının sammitində deyib.

Zelenski qeyd edib ki, Ukraynanın zərbələrinin məqsədi Rusiyanın Krımı böyük hərbi bazaya çevirməsinin qarşısını almaqdır:

“Biz bunu xalqımızın həyatını qorumaq üçün etməliyik. Bizim uzaqmənzilli pilotsuz uçuş aparatlarımız dəqiq zərbələr endirir və Rusiya logistikasına təzyiqimiz öz nəticəsini verir. Rusiya hərbi maşını isə çox ciddi sınaqlarla üz-üzədir”.

Qeyd edək ki, sentyabrın 23-nə keçən gecə Ukrayna işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026