• Bakı 21° C

    0.98 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Ərdoğan: Burada üç dövlət, tək millət var

DÜNYA

28 May 2025 | 17:13

Ərdoğan: Burada üç dövlət, tək millət var

Burada Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana Azərbaycanın dörd bir yanındakı qardaşlarıma sevgimi, hörmətimi göndərirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.

    “Sizlərə “Can Azərbaycan”, “İki dövlət, bir millət” deyincə ürəyində fırtınalar qopan 86 milyonun salamını çatdırmaq istəyirəm. İndi buradakı tabloda 3 dövlət, tək millət var. Müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Gününüzü canı könüldən təbrik edirəm. İstiqlal və istiqbal yolunda verdiyimiz şanlı mübarizələri şəhadətləri ilə taclandıran qəhrəmanları rəhmətlə yad edirəm”, - deyə Ərdoğan vurğulayıb.

    Türkiyə Prezidenti Səməd Vurğunun “El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsəm, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan Azərbaycan” mislaranı söyləyib.


    SON XƏBƏRLƏR